Rusiya klubu ukraynalı məşqçi ilə yollarını ayırdı

14:40 - 1 Mart 2022

Rusiyanın "Dinamo" klubunda ukraynalı məşqçi Andrey Voroninlə yollar ayrılıb.

Sportal.az xəbər verir ki, bu barədə Moskva təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 43 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Voronin 2020-ci ilin oktyabrından "Dinamo"da baş məşqçi Sandro Şvartsın köməkçisi idi.

Xəbər xətti