Məşhur şirkət Rusiya millisi ilə əməkdaşlığı dayandırdı

22:34 - 1 Mart 2022

Məşhur geyim brendi olan "Adidas" Rusiya Futbol İttifaqı ilə əməkdaşlığını dayandırıb.

 

Sportal.az xəbər verir ki, bu barədə dünyanın ən böyük idman geyimləri şirkətinin sözçüsü "Financial Times"a açıqlamasında bildirib: "Adidas" Rusiya Futbol İttifaqı ilə əməkdaşlığı dayandırır. Qərar dərhal qüvvəyə minir".

 

Əməkdaşlığın dayandırılmasına səbəb Rusiyanın Ukraynaya hərbi müdaxiləsidir. 

 

Qeyd edək ki, "Adidas" şirkəti 2009-cu ildən Rusiya milli komandalarını geyim dəstləri ilə təmin edirdi. Tərəflər arasında 2021-ci ildə imzalanmış yeni müqavilənin müddəti 2026-cı ildə başa çatmalı idi.

Xəbər xətti