Ukrayna millisinin sabiq futbolçusu Yaroslav Rakitski Rusiyanın "Zenit" klubundan ayrılıb.
Sportal.az xəbər verir ki, bu barədə Sankt-Peterburq klubunun mətbuat xidməti rəsmi məlumat yayıb. Bildirilib ki, Rakitskinin "Zenit"lə müqaviləsi Yaroslavın xahişi ilə çətin ailə vəziyyəti səbəbindən ləğv edilib.
Xatırladaq ki, 32 yaşlı Rakitski 2019-cu ilin yanvarında "Şaxtyor"dan 10 milyon avroya "Zenit"ə keçib.
saytlarin hazirlanmasi