Rusiyanın "Krasnodar" klubu legioner futbolçuları ilə müqaviləni dayandırıb.
Sportal.az xəbər verir ki, Vanderson Masiel, Kayo, Erik Butheym, Kristian Ramires, Junior Alonso, Con Kordoba, Viktor Klasson və Remi Kabella komandanın düşərgəsini tərk ediblər. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Adları çəkilən futbolçular müqavilələri qüvvədə olduğu müddətdə özləri fərdi məşq edəcəklər.
saytlarin hazirlanmasi