Tanınmış idman brendi olan “Adidas” Rusiyaya növbəti sanksiya tətbiq edib.
Sportal.az xəbər verir ki, şirkət bu ölkədəki mağazalarının və internet saytının fəaliyyətini qeyri-müəyyən vaxta qədər dayandırıb. Bu barədə “Adidas”ın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "Adidas" şirkəti daha əvvəl Rusiya Futbol İttifaqı ilə əməkdaşlığa son vermişdi.