Kiyev "Dinamo"sunun baş məşqçisi Mirça Luçesku Rusiya və Ukrayna arasında gedən müharibə haqda danışıb.
Sportal.az xəbər verir ki, rumıniyalı mütəxəssis rusiyalı idmançıların yarışlardan uzaqlaşdırılmasının doğru olmadığını bildirib:
"Ukraynalılar və ruslar qardaş kimi yaşayırdılar. Bu, cəmiyyətlərin yox, siyasətçilərin problemidir. Müharibənin qazananı olmayacaq. Siyasətçilərin etdiyində idmançıların heç bir günahı yoxdur. İnsanlar idmanla məğlul olmağa və mübarizə aparmağa davam etməlidir. İdmançıların yarışmaq haqqlarının əllərindən alınmasını doğru hesab etmirəm".
saytlarin hazirlanmasi