Almaniyanın "Bayer" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Leverkuzen təmsilçisinin yarımmüdafiəisi Florian Virts sıradan çıxıb. Bundesliqanın 26-cı turunun "Köln"lə matçında (0:1) zədələnən 19 yaş futbolçunun durumu ciddidir.
Diz bağları qopan gənc oyunçu uzun müddət yaşıl meydanlardan uzaq qalacaq. Onun mövsümün sonuna kimi oynamayacağı dəqiqdir.
Qeyd edək ki, cari mövsümdə "Bayer"in heyətində 31 matça çıxan Almaniya millisinin üzvü 10 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi