Kapitan Rusiya millisində oynamaqdan imtina etdi - Ukraynaya görə

17:44 - 15 Mart 2022

"Zenit"in hücumçusu Artyom Dzyuba Rusiya milli komandasında oynamaqdan imtina edib.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı forvard milli komandadan gələn dəvəti rədd edib. Təcrübəli futbolçu Rusiyanın Ukraynaya hərbi təcavüzünə görə belə qərar verib. "Zenit"in kapitanı ailəsinin bir çox üzvünün Ukraynadan olduğuna görə millidə oynamaqdan imtina edib.

 

Qeyd edək ki, Artyom Dzyuba 2011-ci ildən Rusiya milli komandasında çıxış edir. O, yığmanın forması ilə meydana çıxdığı 55 oyunda 30 qol vurub.

Xəbər xətti