Roman Bürki mövsümün sonunda "Borussiya"nı tərk edəcək.
Sportal.az xəbər verir ki, isveçrəli qapıçı karyerasını ABŞ-da davam etdirəcək. 32 yaşlı "əlcək sahibi" yeni mövsümdən etibarən MLS-də mübarizə aparacaq "St. Luis Siti" klubu ilə razılıq əldə edib. Bu barədə "Borussiya"nın rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, qış transfer pəncərəsi zamanı təcrübəli qapıçının adı "Qarabağ"la hallanırdı.
Roman Bürki 2015-ci ildən "Borussiya"da çıxış edir. İsveçrə millisinin üzvü Dortmund təmsilçisinin heyətində 175 matçda meydana çıxıb.
saytlarin hazirlanmasi