"Bavariya" Levandovskinin tələbini qəbul edəcək

20:37 - 17 Mart 2022

"Bavariya" Robert Levandovskini komandada saxlamaqda israrlıdır.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi polşalı forvardın maaşla bağlı tələbini qəbul etməyə hazırlaşır. Bundesliqanın lideri 33 yaşlı qolçunun yeni müqavilə üçün illik 24 milyon avroluq maaş tələbini qəbul edəcək.

 

Robert Levandovskinin "Bavariya" ilə qüvvədə olan müqaviləsi 2023-cü ilin yayında başa çatır.

 

Qeyd edək ki, Polşa millisinin üzvü "Bavariya"nın heyətində cari mövsümdə meydana çıxdığı 36 oyunda 43 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti