Noyer Bundesliqanın tarixinə düşdü

13:39 - 20 Mart 2022

"Bavariya"nın qapıçısı Manuel Noyer Bundesliqanın tarixinə düşüb.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı qapıçı Almaniya çempionatları tarixində ən çox qələbə qazanan futbolçu olub. Təcrübəli "əlcək sahibi" Münhen təmsilçisinin Bundesliqanın 27-ci turunda "Yunion Berlin"i 4:0 hesabı ilə məğlub etdiyi matçda bu uğura nail olub.

 

Almaniya millisinin üzvü Bundesliqada meydana çıxdığı 311-ci qarşılaşmadan qələbə ilə ayrılıb. Noyer bu göstəricidə 310 qələbəyə sevinən "Bavariya"nın keçmiş qapıçısı Oliver Kannı qabaqlayıb. 298 dəfə meydanı qalib tərk edən Noyerin komanda yoldaşı Tomas Müller isə siyahıda 3-cü yerdədir.

 

Qeyd edək ki, Manuel Noyer 2006-2011-ci illərdə "Şalke"də çıxış edib. O, 2011-ci ildə "Bavariya"ya transfer olub.

Xəbər xətti