Rusiya Premyer Liqasında 22-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) səfərdə “Zenit”lə qarşılaşıb. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsiylə başa çatıb.
Ayaz Quliyev də bu görüşün iştirakçısı olub. 25 yaşlı yarımmüdafiəçi start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.
“Arsenal” geridə qalan 22 turda 20 xal toplayıb və 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi