Azərbaycan Premyer Liqası 3-cü oldu

11:29 - 22 Mart 2022

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) baş məşqçilərin orta iş müddətinə görə dünyanın ən yaxşı 90 liqasının siyahısını açıqlayıb.

Sportal.az xəbər verir ki, siyahıda Azərbaycan Premyer Liqası da yer alıb.

Ölkə çempionatı 1069 günlük göstərici ilə 3-cü sırada yer alıb.

​Siyahının ilk pilləsini 1563 günlə Şimali İrlandiya, 2-ci sıranı isə 1348-lə Uels Premyer Liqası tutur.

Xəbər xətti