"Qəbələ"nin braziliyalı futbolçusu Rafael Utziq ölkəsinin mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, 26 yaşlı hücumçu avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə apardıqlarını bildirib:
"Mövsümün əvvəlindən avrokuboklara vəsiqə uğrunda mübarizə aparırıq. Sona yaxınlaşırıq, daha çox çalışmalıyıq. Klub beynəlxalq yarışlarda iştiraka öyrəşib və ümid edirik ki, bu mövsümdə də bunu bacaracağıq. "Qarabağ"la kubokda 2 çətin oyunumuz var. İstər çempionatda, istərsə də kubokda yaxşı yerlər üçün mübarizə aparacağıq".
Rafael Utsiq cari mövsümdə "Qəbələ"nin heyətində meydana çıxdığı 21 oyunda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi