Türkiyə millisinin üzvü ən yaxşı seçildi

13:55 - 25 Mart 2022

Rusiya Premyer Liqasında fevral və mart aylarının ən yaxşı oyunçusu məlum olub.

 

Sportal.az xəbər verir ki, bu ada ÇSKA-nın türkiyəli yarımmüdafiəçisi Yusuf Yazıcı layiq görülüb. Məlumatı Premyer Liqanın rəsmi saytı yayıb. Türkiyə millisinin üzvü azarkeşlər və futbol mütəxəssisləri arasında keçirilən sorğuda hamını qabaqlayıb.

 

Qeyd edək ki, Yusuf Yazıcı qış transfer pəncərəsi zamanı "Lill"dən icarə əsasında ÇSKA-ya keçib. 25 yaşlı yarımmüdafiəçi Moskva təmsilçisinin heyətində meydana çıxdığı 4 çempionat oyununda 6 qol vurub.

Xəbər xətti