"Bavariya" hücumçusunu itirdi

18:35 - 31 Mart 2022

Almaniyanın "Bavariya" klubunun heyətində itki baş verib.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin hücumçusu Erik Maksim Çupo-Motinq koronavirusa yoluxub. Bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb. Kamerunlu forvard evində təcrid olunur.

 

"Bavariya" Almaniya Bundesliqasının 28-ci turu çərçivəsində səfərdə "Frayburq"un qonağı olacaq. Qarşılaşma 2 aprel tarixində baş tutacaq.

Xəbər xətti