Almaniyanın "Bavariya" klubunun baş meneceri Oliver Kan komandadakı gələcəyi müzakirə mövzusu olan Robert Levandovski haqda danışıb.
Sportal.az xəbər verir ki, o, polşalı hücumçunun Münhen təmsilçisinində qalması üçün danışıqlar aparacaqlarını bildirib:
"Hər mövsüm 30-40 qol vuran bir futbolçunu satmaq dəlilik olar. Nəvbəti həftələrdə onun gələcəyi ilə bağlı görüş keçirəcəyik".
Qeyd edək ki, Robert Levandovskinin karyerasını "Barselona"da davam etdirmək istədiyi bildirilir.
saytlarin hazirlanmasi