Bundesliqanı tərk edən ilk komanda məlum oldu

20:20 - 23 Aprel 2022

Almaniya Bundesliqasını tərk edən ilk klub müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, "Qröter Fürt" ölkənin əsas liqasını tərk edib. Bundesliqanın 31-ci turunda "Bayer Leverkuzen"ə 1:4 hesabı ilə məğlub olan komandanın aşağı liqaya düşməsi dəqiqləşib. Mövsmün bitməyinə 3 tur qalmasına baxmayaraq, "ağ-yaşıllar" çempionatda qalmaq şansını itirib.

 

Qeyd edək ki, "Qröter Fürt" cari mövsümdə Bundesliqaya yüksəlmişdi.

Xəbər xətti