Almaniyada çempion bəlli oldu

22:20 - 23 Aprel 2022

Almaniya Bundesliqasında 2021/2022-ci il mövsümünün qalibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, çempiona "Bavariya" - "Borussiya" matçında aydınlıq gəlib. 3:1 hesablı qələbə qazanan münhenlilər xallarını 75-ə yüksəldib və sona 3 tur qalmış çempionluğu rəsmiləşdirib. 63 xalı olan "Borussiya" isə 2-ci yerdədir.

 

Qeyd edək ki, bu, "Bavariya"nın ardıcıl 10-cu, ümumilikdə isə 32-ci Almaniya çempionluğudur.

 

Resim

Xəbər xətti