UEFA Rusiya klublarını avrokuboklardan uzaqlaşdırıb.
Sportal.az xəbər verir ki, bu barədə qitənin ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu ölkənin klubları 2022/203 mövsümündə avrokuboklarda iştirak etməyəcək.
Rusiya yığması da UEFA Millətlər Liqasının 2022/2023 mövsümündən kənarlaşdırılıb. Ruslar B Divizionunun B qrupunda İslandiya, İsrail və Albaniya ilə qarşılaşmalı idi. Komanda avtomatik olaraq qrupda sonuncu yeri tutacaq və Millətlər Liqasının növbəti mövsümündə C Divizionunda yarışacaq.
Rusiyanın AVRO-2028 və AVRO-2032-nin ev sahibliyi üçün etdiyi müraciət də geri çevrilib.
saytlarin hazirlanmasi