Almaniyanın "Bavariya" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Münhem təmsilçisi Tomas Müllürlə sözləşmənin müddətini uzadıb. Yeni müqaviləyə əsasən 32 yaşlı hücumçu 2024-cü ilin yayınadək Bundesliqa klubunun şərəfini qoruyacaq.
Tomas Müller "Bavariya"nın yetirməsidir. Almaniya millisinin üzvü 2008-ci ildən münhenlilərin əsas komandasında çıxış edir. Təcrübəli futbolçu cari mövsümdə "Bavariya"nın heyətində meydana çıxdığı 43 oyunda 12 qol və 24 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi