Aftandil Hacıyev: "İnanırıq ki, gələcəkdə bölgə klublarının sayı artar"

20:07 - 3 May 2022

"Səbail" Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə "Şamaxı" ilə 0:0 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Aftandil Hacıyev matçdan sonra CBC Sport kanalına açıqlama verib:


“Bölgələrdə futbol həyəcanı tam başqa cür olur. Bunu hamımız hiss etdik. Şamaxı azarkeşləri, bizim fanatlar yaxşı ab-hava yaratmışdılar. İnanırıq ki, gələcəkdə bölgə klublarının sayı artar.

Bu oyunda hesab açılmasa da, azarkeşlər maraqlı futbolun şahidi oldular. Qol buraxmamağımız bizi sevindirdi. Amma son nöqtəni qoymaqla bağlı çatışmazlıq var. Bu, ehtiyat oyunçularımızın az olması ilə bağlıdır. Mirsayib Abbasov əsas hücumçumuzdur. Ondan razıyıq. 1 xal qazandığımız üçün sevinirik.

Oyun boyu dinamikanı saxlamaq çətin olur. Son dəqiqələrdə rəqib tam qüvvə ilə irəli atılmışdı, arxada boşluqlar verirdi. Hər iki komanda meydandan qələbə ilə ayrıla bilərdi. Düşünürəm ki, 1:1 hesabı ədalətli nəticədir”.

Rəşad Əzizlinin Ayağında ağrılar var idi. Məcburi əvəzetmə etdik. Bakıya qayıtdıqdan sonra vəziyyəti ilə bağlı dəqiq məlumat verə biləcəyik”.

Xəbər xətti