"Bavariya"nın istədiyi müdafiəçi bu kluba keçdi

15:46 - 4 May 2022

Mövsümün sonunda Münhenqladbax "Borussiya"sı ilə müqaviləsi başa çatan Mattias Ginterin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı mərkəz müdafiəçisi Almaniyada qalacaq. Təcrübəli futbolçu "Bavariya" və "Aston Villa"dan təklif almasına baxmayaraq, yetirməsi olduğu "Frayburq"a keçməyə üstünlük verib.

 

Qeyd edək ki, Mattias Ginter 2017-ci ilin yayından "Borussiya"da çıxış edir. Almaniya millisinin üzvü cari mövsümdə Bundesliqa klubunun heyətində meydana çıxdığı 30 oyunda 1 qol vurub.

Xəbər xətti