Finalda kimlər oynamayacaq?

Mayın 7-də keçiriləcək 3-yer uğrunda və final matçı ilə futzal üzrə Yüksək Liqada 2021//22-ci il mövsümünə yekun vurulacaq.

 

Sportal.az xəbər verir ki, əvvəlcə bürünc medalın sahibi müəyyənləşəcək. Saat 12:00-da “Baku Fire” və “Neftçi” İK komandaları üz-üzə gələcək. Saat 15:00-da keçiriləcək həlledici qarşılaşmada isə “Araz-Naxçıvan” və EKOL gücünü sınayacaq. Bəs mövsümün son görüşünü kimlər buraxacaq?

 

EKOL-dan Mehdi Rəsulov, Samir Həmzəyev və Faiq Əliyev hər iki oyunda sarı vərəqə aldığına görə, həlledici matçda iştirak etməyəcək. “Araz-Naxçıvan”da isə cəzalı olduğuna görə pley-off matçlarında iştirak etməyən Murilo Borges bu dəfə komandasına kömək edə biləcək.

 

“Neftçi”nin qapıçısı Anar Məmmədov EKOL-la pley-offun ikinci matçında qırmızı vərəqə aldığına görə cəzalı durumdadır. 

Tarix: 5 May [20:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio