Almaniyanın "Bavariya" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisi qapıçı Sven Ulrayxın sözləşməsini yeniləyib. 33 yaşlı "əlcək sahibi" 2022/2023 mövsümünün sonuna kimi Bundesliqa klubunun şərəfini qoruyacaq.
Almaniyalı qolkiper cari mövsümdə "Bavariya"nın heyətində 8 qarşılaşmada meydana çıxıb.
saytlarin hazirlanmasi