Almaniyanın ikinci Bundesliqasında mövsümün çempionunun adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, yarışın qalibi "Şalke" olub. Komanda buna 33-cü turda "Sankt Pauli"yə qalib gəlməklə (3:2) imza atıb. "Şalke" bununla da sona 1 tur qalmış xallarının sayını 62-yə çatdırıb və ən yaxın izləyicisi "Hamburq"u 5 xal qabaqlayıb.
Beləliklə, "Şalke" növbəti mövsüm əsas Bundesliqada oynayacaq.
"Şalke" ötən mövsüm Bundesliqadan aşağı liqaya yuvarlanmışdı.
saytlarin hazirlanmasi