Əliyar Ağayev Yunanıstanda final matçını idarə edəcək

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev ölkə xaricində növbəti təyinat alıb.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı hakim Yunanıstan II Liqasının "Levadiakos" və "Veriya" komandaları arasındakı final matçını idarə edəcək. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək.

 

"Levadiaos" - "Veriya" qarşılaşması 15 may tarixində, Bakı vaxtilə saat 17:30-da baş tutacaq. Bu komandalar arasında keçirilən ilk oyunda "Levadiakos" 1:0 hesablı qələbə qazanıb. Qalib gələn kollektiv Yunanıstan Super Liqasına vəsəqə əldə edəcək.

Tarix: 13 May [14:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio