Almaniya klubu baş məşqçisini istefaya göndərdi

21:55 - 17 May 2022

Almaniya Bundesliqasında baş məşqçi istefası gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, "Hoffenhaym" Sebastyan Hönesslə yollarını ayırıb. Məlumatı klubun rəsmi saytı yayıb.

 

40 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Sebastyan Höness 2020-ci ilin yayından "Hoffenhaym"ı çalışdırırdı. Komanda cari mövsümdə onun rəhbərliyi ilə Bundesliqanı 46 xalla 9-cu pillədə başa vurub.

Xəbər xətti