Avroliqanın finalçısında yeni müqavilə

18:48 - 18 May 2022

Bu gün Avroliqanın finalında "Reyncers"lə qarşılaşacaq "Ayntraxt" klubu futbolçusu Tuta ilə müqaviləni yeniləyib.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Frankfurt təmsilçisi 22 yaşlı müdafiəçinin sözləşməsinin müddətini 2026-cı ilin yayına qədər artırıb.

Tuta geridə qalan mövsümdə 37 oyuna çıxıb və 4 qola imza atıb. O, 2019-cu ilin yayından "Ayntraxt"dadır.

Xəbər xətti