Rusiya çempionu "Zenit"də ayrılıq yaşanıb.
Sportal.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisinin hücumçusu Artyom Dzyuba komandadan ayrılıb. Bu barədə 35 yaşlı forvard özü məlumat verib. Rusiyalı futbolçu klubla başa çatan müqaviləsini uzatmayıb.
Artyom Dzyuba 2015-ci ildən "Zenit"də çıxış edir. Təcrübəli qolçu cari mövsümdə "ağ-mavilər"in heyətində meydana çıxdığı 39 matçda 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi