Bundesliqa klubunun yeni baş məşqçisi açıqlandı

14:14 - 26 May 2022

Almaniyanın "Hoffenhaym" klubunun yeni baş məşqçisi müəyyənləşib.


Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisini Andre Braytenrayter çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.


48 yaşlı mütəxəssislə 2024-cü ilin 30 iyun tarixinədək müqavilə imzalanıb.


Andre Braytenrayter "Hoffenhaym"ın baş məşqçisi postunda Sebastyan Hönessi əvəz edib. Almaniyalı mütəxəssis son olaraq "Sürix" klubunu çalışdırıb və İsveçrə çempionluğunu qazanıb.

Xəbər xətti