"Səbail"in yeni baş məşqçisi məlum oldu

15:55 - 26 May 2022

Aftandil Hacıyevlə yollarını ayıran "Səbail"in yeni baş məşqçisi müəyyənləşmək üzrədir.


Sportal.az xəbər verir ki, paytaxt təmsilçisini Mahmud Qurbanov çalışdıracaq. "Neftçi" ilə müqaviləsi başa çatan 49 yaşlı mütəxəssislə razılıq əldə olunub. Yaxın günlərdə rəsmi açıqlama veriləcək.

 

Mahmud Qurbanov 2020-ci ilin yayından "Neftçi-2"ni çalışdırır. Komanda onun rəhbərliyi altında I Divizionda son mövsümü 38 xalla 5-ci pillədə başa vurub.

Xəbər xətti