"Səbail" legionerilə yollarını ayırdı

18:37 - 27 May 2022

"Səbail" futbolçusu  Nikolas Raysellə yolları ayırıb.

Sportal.az klubun saytına istinadən xəbər verir ki, müqavilə müddətinin sona çatması ilə əlaqədar sloveniyalı hücumçu ilə yollarının ayrılması barədə qərar qəbul edib.

“Səbail” Nikolasa gələcək karyerasında uğurlar arzulayıb.

Raysel 2021-ci ilin sentyabrından Bakı təmsilçisində oynayırdı.


 

Xəbər xətti