Azərbaycan Premyer Liqasında legioner limiti müzakirə olunacaq

12:54 - 28 May 2022

Mayın 31-də, saat 17:00-da, “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Sportal.az xəbər verir ki, iclasın gündəliyinə daxil olunan məsələləri diqqətinizə çatdırırıq:

1. AFFA-nın Yoxlama və Təftiş Komitəsinin Əsasnaməsinin müzakirəsi

2. AFFA-nın Lisenziya Komissiyasının müvafiq qərarına uyğun olaraq, “Turan-Tovuz” və “Kəpəz” klublarının 2022/2023-cü il mövsümündə Azərbaycan Premyer Liqasında çıxış etməsinin təsdiqi

3. 2022/2023-cü il mövsümündə Azərbaycan Premyer Liqasında legioner limitinin və əvəzetmə sayının müzakirəsi

4. İntizam Komitəsində vakant olan üzv vəzifəsinə yeni üzvün təsdiqi

5. Müvafiq komissiyanın təqdimatı əsasında futbol veteranlarına AFFA-nın təqaüdünün verilməsi

6. Digər məsələlər

Xəbər xətti