Almaniya klubunun yeni baş məşqçisi açıqlandı

Almaniyanın "Herta" klubunun yeni baş məşqçisi məlum olub.


Sportal.az xəbər verir ki, Berlin təmsilçisini Sandro Şvatrs çalışdıracaq. Məlumatı Bundesliqa klubunun mətbuat xidməti yayıb.


44 yaşlı almaniyalı mütəxəssislə 2024-cü ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.


O, "Herta"nın baş məşqçisi postunda Feliks Maqatı əvəz edib. Sandro Şvartsın son iş yeri Moskva "Dinamo"su olub.

Tarix: 2 İyun [12:36]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Avqust 2022
8  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio