"Qalatasaray" PSJ-nin yarımmüdafiəçisini istəyir

10:50 - 22 İyun 2022

Türkiyənin "Qalatasaray" klubu yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.


Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi PSJ-nin futbolçusu İdrissa Qeyenin xidmətində maraqlıdır.


"Sarı-qırmızılar" 32 yaşlı yarımmüdafiəçi üçün Paris klubuna 5 milyon avro ödəməyə hazırdır. Fransa təmsilçisi ilə 1 illik müqaviləsi olan seneqallı oyunçu "Qalatasaray"da oynamağa isti yanaşır.


İdrissa Qeye başa çatan mövsümdə PSJ-nin heyətində meydana çıxdığı 33 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti