"Zirə"nin rəqibi məşhur forvardı transfer etdi

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Makkabi" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Tel-Əviv təmsilçisi Eran Zahavini transfer edib. Məlumatı İsrail klubunun mətbuat xidməti yayıb.

 

Qeyd edək ki, Eran Zahavi 2020-ci ilin yayından PSV-de çıxış edirdi. Məşhur hücumçu başa çatan mövsümdə Niderland klubunun heyətində meydana çıxdığı 46 oyunda 20 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Tarix: 26 İyun [18:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio