"Əgər Dzyuba həqiqətən də Azərbaycana getsə, ona yazığım gələr"

20:25 - 18 İyul 2022

"Neftçi"nin sabiq baş məşqçisi Vlastimil Petrjela Artyom Dzyubanın Azərbaycan klublarından birinə keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, 68 yaşlı mütəxəssis Rusiyanın "Sport24" portalına verdiyi açıqlamada rusiyalı forvard üçün Azərbaycanda oynamağın çətin olacağını deyib:


"Əgər Dzyuba həqiqətən də Azərbaycana getsə, ona yazığım gələr. Bu ölkədə oynamaq çox çətin olar. Artyom üçün belə isti bir iqlimdə tapşırıqların öhdəsindən gəlmək son dərəcə çətin olacaq. Bu, onun üçün pis seçimdir.

 

Təbii ki, onun Rusiyada oynamağa davam etməsi daha yaxşıdır. Ancaq klublar üçün Artyom artıq çox problemli oyunçudur. O, yaşlı və ləngdir. Dzyubanın qiyməti artıq keyfiyyətə uyğun gəlmir, ona görə də heç bir klub onu dəvət etmir. Son vaxtlar onun oyununu görmüşəm və ona marağın olmaması məni heç də təəccübləndirmir. Bu futbolçunun tələblərini azaltmasının vaxtı çatıb".

Xəbər xətti