"Sportinq"i "Sumqayıt"a dəyişən portuqaliyalı - VİDEO

23:34 - 29 İyul 2022

"Sumqayıt"ın növbəti legioner transferi Portuqaliyadan oldu.

Sportal.az xəbər verir ki, “kimyaçılar” Filipe Çabi ilə anlaşdı.

1994-cü il təvəllüdlü yarımmüdafiəçi “Sportinq” (Lissabon) yetirməsidi.

Karyerası ərzində “Uniao Madeyra”, “Sportinq”(Kovilya), “Belenenseş”, “Eştoril”, “Akademika de Koimbra" formaları geyinmiş Çabi son olaraq “Nasyonal”da çıxış edib. Amma o, bu kluba "Sportinq"in ikinci komandasından icarəyə yollanmışdı.

Portuqaliyanın U-19 da daxil olmaqla bütün aşağı yaş qruplarından ibarət yığmalarında oynamış 28 yaşlı futbolçunun nə bacardığını təqdim edəcəyimiz videoda görmək mümkündü.
 

Xəbər xətti