Rusiya klubunun futbolçusu Azərbaycan millisində oynaya bilər

23:19 - 1 Avqust 2022

Rusiyanın "Torpedo" klubunda çıxış edən David Qarayev Azərbaycanın əsas millisində oynaya bilər.

Sportal.az xəbər verir ki, bu barədə Moskva təmsilçisinin 27 yaşlı hücumçusu “Sport24.ru” saytına müsahibəsində deyib:

“Azərbaycan millisində oynaya bilərəm. Lakin hələ qərar verməmişəm. Millidə olmaq əladır, amma yaxınlarım hamısı Rusiyadadır”.

Qeyd edək ki, Qarayev Azərbaycanın U-18 yığmasında 5 matça çıxıb.

Xəbər xətti