Nağıyevin komandası Ukrayna Premyer Liqasında məğlub oldu

20:39 - 12 Sentyabr 2022

Ukrayna Premyer Liqasında 4-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin keçmiş üzvü Dmitri Nağıyevin formasını geyindiyi "İnqulets" doğma meydanda "Minay"ı qəbul edib. Matç qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.

 

Nağıyev bu görüşə start heyətdə başlayıb və 90 dəqiqə mübarizə aparıb.

 

"İnqulets" 4 oyundan sonra cəmi 2 xal toplayıb və 14 kollektiv arasında 12-ci sırada qərarlaşıb.

Xəbər xətti