Kvaratsxeliya: "Arzularım gerçəkləşir, çox xoşbəxtəm"

13:16 - 5 Oktyabr 2022

“Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun "Ayaks"la görüşündə komandasının inamlı qələbəsindən (6:1) danışıb.

Sportal.az UEFA-ya istinadən xəbər verir ki, gürcü futbolçu bunları deyib:

"Mənə elə gəlir ki, arzularım gerçəkləşir. Çünki Çempionlar Liqasında çıxış edirəm və qol vururam. Çox xoşbəxtəm, amma komandanın qalib gəlməsi mənim üçün daha vacibdir. “Ayaks” çox yaxşı oynamadı, amma ümumilikdə yaxşı oyunçuların toplaşdığı güclü komandadır. Onlar mübarizəni davam etdirməlidirlər və hamısına uğurlar arzulayıram”.

Xviça əvvəllər milli komandamızda da oynamış Badri Kvaratsxeliyanın oğludu.

 

Xəbər xətti