Emil Musatafayevin komandası "Dinamo"ya uduzdu

12:31 - 11 Noyabr 2022

Ukrayna Premyer Liqasında 12-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” səfərdə Kiyev “Dinamo”sunun qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə başa çatıb.

 

Emil Mustafayev də bu görüşün iştirakçısı olub. 21 yaşlı yarımmüdafiəçi 88-ci dəqiqədə meydana buraxılıb.

 

“Aleksandriya” 12 turdan sonra 20 xal toplayıb və 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti