Ozan Can oynadı, 7 qol vuruldu

11:38 - 12 Noyabr 2022

Futbol üzrə Niderland I Liqasında 15-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven”  səfərdə “Zvolle”nin qonağı olub. Matç meydan sahiblərinin 5:2 hesablı qələbəsiylə başa çatıb.

 

Ozan da bu görüşün iştirakçısı olub. 24 yaşlı vinger 77-ci dəqiqədə meydana buraxılıb.

 

Qeyd edək ki, “Eyndhoven” hazırda 26 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti