"Qəbələ" Azərbaycan Premyer Liqasının 14-cü turunda səfərdə "Neftçi"yə 0:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:
- Oyunun ağır keçəcəyini bilirdik. “Neftçi” iddialı və heyətində yaxşı futbolçular olan komandadır. Uduzsaq da, istədiyim dinamikanı gördüm. İstədiyim komanda budur. Bu tempdə davam etsək, daha da yaxşı olacağıq.
- Omar Hani qol epizodlarını boşa verdi. Belə legionerlərdənsə yerli gənclərə şans vermək daha doğru olmaz?
- Komandanı yerli, əcnəbiyə bölmürük. İndiki durumda hansı futbolçu daha çox xeyir verirsə, ona də güvənirik. Tək Omar Hanini qeyd etdiz. Oyuna baxanda görərik ki, Felipe Santosun, Murad Musayevin, Rafael Utziqin də epizodları oldu. Komanda Omar Haniyə görə uduzmayıb. Çoxsaylı epizodlara girdik. Sadəcə olaraqdəyərləndirə bimədik. Biz də hiss edirik ki, son nöqtəni qoya bilmirik. Daha çox çalışıb, bu nüansları aradan qaldıracağıq.
- Ruan Renatonun oyununda geriləmə hiss olunur. bunun səbəbi nədir?
- Futbol səhvlər üzərində qurulub. Qol buraxırıqsa, təkcə Ruanın günahı yoxdur. Onun ümumi durumu qaydasındadır. Keçən il uğurlu seriyalar olduğundan Ruanın oyunu daha yaxşı görünürdü. Mənim ən çox güvəndiyim futbolçudur, ona inanıram.
- Buraxdığınız ikinci qolda peşəkar qapıçı elə səhv etməzdi. Sizin fikriniz necədir?
- Səlahətin səviyyəsi hamıya məlumdur. Bir səhvə görə futbolçunu qınamaq, kəsib-atmaq düzgün deyil. Səlahət yaxşı qapıçıdır, komandanın liderlərindən biridir. Ümumi komandanın səhvidir ki, epizodlardan yararlana bilmirik. Vurmayanda qapında belə qollar görəcəksən.
- Oyun keyfiyyətinin aşağı düşməsinin səbəbi nədir?
- Oyun keyfiyyəti deyəndə bilmirəm nəyi nəzərdə tutursuz. Bəlkə də 7-8 epizod yaratmışıq. Futbolçular komanda olaraq istədiyimi verirlər. İstəyim odur ki, daha çox hücumda olaq, epizodlar yaradaq. Komanda bunu edir. Sadəcə epizodları dəyərləndirməkdə axsamalar var.
- Çətin dövr yaşayan "Sumqayıt" və "Səbail"lə oyunlarınız var. Komandaya motivasiya vermək çətin olmayacaq?
- Çempionatın hər oyunu ağırdır. “Qarabağ”, “Neftçi” və “Zirə”yə qarşı fərqli oynadığımızı deyirsizsə, belə deyil. Hər matça maksimum köklənmək lazımdır.
Elçin Əlixan
saytlarin hazirlanmasi