Şahruddin Məhəmmədəliyevdən qalmaqallı paylaşım - FOTO

21:22 - 23 Noyabr 2022

Azərbaycan milli komandasının və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev instaqram hesabında qalmaqallı paylaşım edib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı "əlcək sahibi" Almaniya millisinin DÇ-2022-də Yaponiyaya qarşı matçdan (1:2) öncə çəkdirdiyi fotonu 11 rəqəmi və xoruz emojisi ilə paylaşıb. Bu, həmin futbolçulara xitabən "11 xoruz" deməkdir.


Qeyd edək ki, Almaniya yığmasının oyunçuları FIFA-nın "One Love" ("Bir Sevgi") yazılmış kapitanlıq sarğısı taxmaq qadağasına ağızlarını əlləriylə tutaraq etiraz etmişdilər.

 

Xəbər xətti