AFFA İntizam Komitəsi "Səbail" klubunun akademiyasının koordinatoru Mirbağır İsayevi cəzalandırıb.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna 48 yaşlı mütəxəssisin U-17 Liqasında "Turan Tovuz"la matçda rəsmi şəxsləri təhqir etməsi səbəb olub.
İsayevin üç ay müddətinə futbolla bağlı vəzifələrdə (inzibati, idman və s.) işləməyinə qadağa qoyulub. "Dənizçilər"ə bunun üçün 4 000 manat məbləğində cərimə kəsilib.
Paytaxt təmsilçisinin baş məşqçisi Yaşar Abuzərov isə 5 oyunluq cəza ilə üzləşib. Mütəxəssis 86-cı dəqiqədə meydana daxil olduqdan sonra hakimi təhqir edib və qırmızı vərəqə alıb.
saytlarin hazirlanmasi