Rusiyanın "Zenit" klubunun baş direktoru Aleksandr Medvedev adı "Qarabağ" və "Neftçi" ilə hallanan Nurali Aliplə bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, "sport24.ru" saytına danışan klub rəsmisi qazaxıstanlı müdafiəçinin Sankt-Peterburq təmsilçisindən ayrılacağı xəbərlərini təkzib edib:
“Alipin “Zenit”dəki gələcəyi yaxın zamanda məlum olacaq. Klubdan ayrılacağı ilə bağlı çıxan xəbərlər yalandır. Rəsmi məlumatı gözləyin”.
Qeyd edək ki, Nurali Alip müqavilə ilə Qazaxıstanın "Kayrat" klubuna məxsusdur. 23 yaşlı mərkəz müdafiəçisi icarə əsasında "Zenit"də çıxış edir.
saytlarin hazirlanmasi