Mahmud Qurbanov: "Qələbə haqqımız idi"

19:36 - 9 Dekabr 2022

"Səbail" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda"Sabah"ı 3:2 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "dənizçilər"in baş məşqçisi Mahmud Qurbanov jurnalitlərin suallarını cavablandırıb:

 

- Əsl kubok oyunu idi. Gərgin keçdi. Bu gün əvvəlki oyunlara nisbətən daha yaxşı idik. Yaxşı hücumlar qurduq, qollar vurduq. Uşaqlar daha çox istəkli, aqresisv idilər. Rəqibin azlıqda qalmasına baxmayaraq, "Sabah" kimi komandaya yaxşı qollar vurduq. Əfsuslar olsun ki, sona yaxın sadə epizodlarda qollar buraxdıq. Hesab 3:1 olarkən təkbətəki vura bilmədik. Qol olsaydı, cütün taleyi həll olunacaqdı. Bizi gərgin cavab görüşü gözləyir. Hələ heç nə həll olunmayıb. Yaxşı hazırlaşıb, bugünkü oyunu cavab matçında da göstərməliyik. Bu qarşılaşmanı yaddan çıxarıb, "Sumqayıt"la görüşə hazırlaşacağıq.

 

- Bu qələbə qarşıdakı üç oyuna müsbət təsir edəcək? Murad Musayev dedi ki, indiyə qədər belə istəkli "Səbail" görməmişdim..

- Məncə, bu mövsüm ən yaxşı oyunumuz idi. Uşaqlar meydanda yaxşı mübarizə apardılar. Futbol oynamaq istədilər. Hər halda, topun kontorlu bizdəydi, hücumlar edirdik. Yaxşı oyun gördük. Qarşıda bizi çətin cavab matçı gözləyir. Qalibiyyət komandada özünəinam, qələbə ruhunun qayıtması baxımından çox vacib idi.

 

- Oyun niyə 3:2 bitdi, 3:0 yox?

- Arxayınlaşma da var idi. 3:0-dan sonra bir az rahatlaşma, diqqətsizlik ucbatından qollar gördük. Əslində, olmamalıydı. Amma dördüncü qol şansımız da var idi. Futbol 90 dəqiqədir. Əsas odur qələbə qazandıq. Bu, bizə lazım idi. Qarşıdakı oyunlara hazırlaşacağıq və istəyirik ki, belə səhvlərə yol verməyək.

 

- Oyundan öncə 0:0-a razı olardız?

-  Çətin sualdı. "Sabah" bu il daha yaxşı komandadır, yaxşı nəticələr göstərirlər. Uşaqlar bu gün qələbəyə layiq idilər. İstəkli idilər. Qələbə haqqımız idi. Nəsə demək çox tezdir. 

 

- Heç vaxt müdafiə futbolu oynatmağı sevmirsiz. Mərhələ keçmək üçün Masazırda müdafiə futbolu oynadacaqsız?

- Qarşıda "Sumqayıt"la görüş var. Bu gün göstərdiyimiz oyunu davam etdirməliyik. Nəticə nə olursa-olsun, hər komandanın oyun üslubu var. Biz də istəyirik bununla nəticə qazanaq. İstəyərdik ki, qələbələr ardıcıl olsun.

 

Mirbağırağa

Xəbər xətti