"Yeni müqavilə təklifi mənə böyük inamın nəticəsidir"

17:17 - 11 Dekabr 2022

"Şamaxı"nın futbolçusu Rəhman Daşdəmirov klubun mətbuat xidmətinə açıqlama verib.

Sportal.az xəbər verir ki, bölgə klubu ilə müqavilə müddətini yeniləyən müdafiəçi bunları deyib: "Yeni müqavilə imzaladığım üçün klub rəhbərliyinə və məşqçilər heyətinə təşəkkür edirəm. İnkişaf etdiyim klubda yeni müqavilə təklifi mənə böyük inamın nəticəsidir və bu gələcək karyerama öz müsbət təsirini göstərəcək.

Mən də həm “Şamaxı” üçün, həm də özümün imkişafım üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm. İnanıram ki, uğurlu olacaq. Başda məşqçilərim Vüqar Əsgərli və Cavid Hüseynov olmaqla üzərimdə əziyyəti olan hər kəsə təşəkkür edirəm".


Xatırladaq ki, Daşdəmirov daha il yarım "Şamaxı"nın formasını geyinəcək.

Xəbər xətti